"Səudiyyə Ərəbistanı üzr istəməlidir" - Əli Xamneyi
28.09.2015 12:39 Dünyadan reaksiya 1848
“Səudiyyə Ərəbistanı rəhbərliyi Minadakı izdihamın məsuliyyətini qəbul edərək müsəlmanlardan üzr istəməlidir”.
Reaksiya.az xəbər verir ki, bu sözləri İranın ruhani lideri Ayətullah Əli Xamneyi deyib.
Xamneyi hadisənin unudulmayacağını və müsəlman xalqları tərəfindən ciddi təqib ediləcəyini bildirib: "Bu böyük faciənin məsuliyyəti Səudiyyə liderlərinin çiyinlərindədir. İslam ümməti və ağrılı ailələrdən üzr istənilməlidir. Minə yaxın adamın ölümü adi hadisə deyil. Müsəlman ölkələri buna xüsusi diqqətlə yanaşmalı və Səudiyyə hakimiyyəti mühakimə olunmalıdır".
Qeyd edək ki, Minadakı izdiham hadisəsini araşdırmaq məqsədilə getmək istəyən İran nümayəndə heyətinə viza verilmədiyi də iddia olunub.
Şərhlər