PKK 20 türk hərbçisini yaraladı
28.09.2015 12:50 Dünyadan reaksiya 1950
PKK terror təşkilatı Türkiyənin Bitlis şəhərinin Tatvan rayonunda hərbçilərə hücum təşkil edib. Nəticədə 20 əsgər yaralanıb.
Reaksiya.az xəbər verir ki, terrorçular tərəfindən yerləşdirilən bomba hərbi maşın keçən zaman uzaqdan pultla partladılıb.
Xəstəxanalara yerləşdirilən yaralıların həyatı təhlükəsinin olmadığı bildirilib.
Terrorçuların yaxalanması üçün əməliyyat axtarış tədbirlərinə başlanılıb.
Şərhlər