Edvard Nalbandyan ATƏT-in sədri ilə Qarabağdan danışdı
28.09.2015 14:47 Dünyadan reaksiya 2156
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Nyu Yorkda ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Viktoriya Nuland və ATƏT-in fəaliyyətə olan sədri, Serbiyanın xarici işlər naziri İvitsa Daçiçlə görüşüb.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, E. Nalbandyan V. Nulandla görüşü zamanı ölkəsindəki Konstitusiya islahatları barədə onu məlumatlandırıb. V. Nuland isə təmas xəttində gərginliyin artmasından narahatlığını ifadə edib və atəşkəsə əməl olunmasının zəruriliyini vurğulayıb. İki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli və ikitərəfli münasibətləri barədə fikir mübadiləsi aparan tərəflər yaxın günlərdə Ticarət və İnvestisiyalar üzrə Ermənistan-Amerika Şurasının ilk iclasının keçiriləcəyini bildiriblər.
ATƏT-in fəaliyyətdə olan sədri İvitsa Daçiçlə görüş zamanı da Dağlıq Qarabağ münaqişəsi əsas müzakirə mövzusu olub.
İ. Daçiç münaqişə zonasında gərginliyin artmasından narahatlıq keçirdiyini və atəşkəs rejiminə tam şəkildə əməl olunmasının vacibliyini vurğulayıb.
Tərəflər Dağlıq Qarabağ münaqişəsinin həlli kontekstində ATƏT-in fəaliyyətdə olan sədri kimi Serbiya rəhbərliyinin Minsk Qrupu ilə birgə səylərini də müzakirə ediblər.
Şərhlər