“Krım referendumu qanuni idi” - Berluskoni

28.09.2015 15:49     Dünyadan reaksiya     1948

Krımda insanların necə yaşadığını öz gözlərilə görmək üçün bu bölgəyə səfər edən İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni yarımadanın Rusiyaya birləşməsilə ilə nəticələnən referendumu qanuni adlandırıb.

Reaksiya.az xəbər verir ki, lideri olduğu "Forza İtalia" (İtaliya ilə irəli) ilə İtaliyanın siyasi həyatında aktiv olan Berluskoni ötən həftələrdə Krıma səfər etmişdi.

Rusiya Prezidenti Vladimir Putinlə yaxın əlaqələrə malik olan Berluskoni  təəssüratını İtaliya mətbuatına danışıb.

2014-cü ilin mart ayında Krımda keçirilən referendumun demokratik şəraitdə keçirildiyini deyən Berluskoni vurğulayıb ki, krımlıların 87 faizi seçkilərdə iştirak edib: “Əhalinin 93 faizi isə Krımın Ukraynadan ayrılıb Rusiya ilə birləşməsinə səs verib”.

O, müsahibəsində Putini dünyanın bir nömrəli lideri hesab edib.

Berluskoni rusların ona qarşı isti münasibətindən də söz açıb:

“Mənə çox xoşuma gələn bir ləqəb də qoyublar. Rusiyada “ürək oğrusu” kimi tanınıram”.

Şərhlər

Çox oxunanlar