"Pekin Suriyaya hərbi müdaxilə etmir" - Çin rəsmisi
28.09.2015 16:51 Dünyadan reaksiya 2188
“Aralıq dənizinə Çinə məxsus təyyarə daşıyan gəminin göndərilməsi haqda yayılan xəbərlər doğru deyil”.
Reaksiya.az xəbər verir ki, bu barədə Çin Dəniz Qüvvələrindən Zhang Junshe açıqlama verib.
Junshe Çinin Suriyaya dəstək olmaq üçün bölgəyə döyüş gəmiləri cəlb etməyəcəyini də qeyd edib: "Rəsmi Pekin Suriya xalqının azad iradəsinə hörmətlə yanaşır, Suriyanın daxili işlərinə hərbi müdaxilə etmir və hakimiyyətin güc yolu ilə dəyişməsini dəstəkləmir. Ona görə də Çin Suriyanın daxili işlərinə müdaxilə etmək üçün bölgəyə döyüş gəmisi göndərmək ehtiyacı duymur”.
Qeyd edək ki, Çin donanmasına aid bir gəminin çoxsaylı hərbi müşavirlə birlikdə Suriyaya doğru yola çıxdığı iddia edilib. Hərbi personalın Suriya hökumətinə İŞİD-lə mübarizədə yardımçı olacağı irəli sürülüb.
Şərhlər