“Donbasda atəşkəsə nail olunub” - Putin

29.09.2015 02:30     Dünyadan reaksiya     1663

Rusiya prezidenti Vladimir Putin Ukraynanın cənub-şərqində atəşkəsə nail olunduğunu bildirib.

Reaksiya.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın dövlət başçısı BMT-nin Baş Assambleyasındakı çıxışında deyib.

“Atəşkəsə nail olunub. Hazırda növbəti addımın atılması, Donbasda 100 mm-dən az çaplı silahların geri çəkilməsinə dair razılığa gəlmək lazımdır. Eyni zamanda, üç əsas istiqamət üzrə - siyasi nizamlama, təhlükəsizlik, iqtisadi-humanitar məsələləri üzrə işləri davam etdirilməlidir”, deyə V.Putin bildirib.

Putin həmçinin rəsmi Kiyev və separatçılar arasında birbaşa dialoqun qurulmasının vacibliyini vurğulayıb. 

Şərhlər

Çox oxunanlar