Bağdadda partlayış - 4 ölü, 11 yaralı

29.09.2015 05:27     Dünyadan reaksiya     1502

 İraqın paytaxtı Bağdadda baş verən güclü partlayış nəticəsində  4 nəfər ölüb, 11 nəfər xəsarət alıb.

Reaksiya.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, minalanmış avtomobil paytaxtın mərkəzində, “Ishtar Sheraton” hotelinin yaxınlığında baş verib.

Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib. 

Qeyd edək ki, ötən ay İraqda baş verən terror aktları nəticəsində 1 300-dən artıq insan ölüb, 1 800-ü yaralanıb.

Şərhlər