“PKK bizi təmsil etmir” - Selahattin Demirtaş
29.09.2015 10:33 Dünyadan reaksiya 2203
Almaniyada xarici seçicilərilə görüşən HDP-nin həmsədri Selahattin Demirtaş “Süddeutsche Zeitung” qəzetinin "HDP PKK-nın siyasi qoludurmu?" sualına "Xeyr deyilik. Biz PKK-nı, PKK da bizi təmsil etmir" cavabını verib.
Reaksiya.az xəbər verir ki, Demirtaş müsahibəsində Davudoğlu hökumətini ittiham edib: “Bu hökumətin təbliğatı PKK-nın əməllərini bizim üzərimizə yıxmaqdan ibarətdir”.
Demirtaş “Süddeutsche Zeitung” qəzetinin suallarını belə cavablandırıb:
-PKK hücumlarla HDP-yə zərər verə bilərmi?
-Nə HDP-ni dəstəkləmək, nə də ona zərər vermək PKK-nın hədəfi deyil. PKK-nın öz gündəliyi var.
-HDP siyasi olaraq, PKK isə silahla kürdlərin qəlbini və beynini qazanmaq yarışına çıxıb.
-Biz rəqib deyilik. Bizim PKK ilə tərəfdaşlığımız da yoxdur. Amma ona düşmənçilik də bəsləmirik. PKK İran, Suriya və İraqda da təşkilatlanıb. Onların hədəfi fərqlidir. Biz Türk Konstitusiyası çərçivəsində hərəkət edən bir partiyayıq.
-HDP-nin silahları qoyma çağırışını PKK niyə qarşılıqsız qoydu?
-Onlar əlbəttə, bizə qulaq asırlar. Son verdiyi açıqlamasında silahları buraxmağa hazır olduğunu bildirdilər. Amma bunun qarşılıqlı olmasının vacibliyini söylədilər. Dövlət hücumlarını dayandırsa, hadisələri izləyən bir müşahidəçi təyin olunsa və Öcalan danışıqlara daxil olsa, PKK sülh danışıqlarında yenidən iştirak etməyə hazırdır.
Şərhlər