MSK-dan son qərar - Bu partiyalar seçkiyə qatılacaq
29.09.2015 11:15 Dünyadan reaksiya 2005
Noyabrın 1-də Türkiyədə keçiriləcək 26-cı parlament seçkilərinə dair axırıncı namizəd siyahısı “Rəsmi” qəzetdə dərc olunub.
Reaksiya.az xəbər verir ki, 16 siyasi partiya seçkiyə qatılacaq.
Türkiyə daxilində 21 müstəqil millət vəkili namizədi var.
Türkiyə Mərkəzi Seçki Komissiyası (YSK) sentyabrın 18-də partiyalar tərəfindən verilən namizəd siyahılarına edilən etirazları təhlil edərək son qərarını verib.
Mərkəzi Seçki Komissiyasının qərarına əsasən, Ədalət və İnkişaf Partiyası, Müstəqil Türkiyə Partiyası, Böyük Birlik Partiyası, Cümhuriyyət Xalq Partiyası, Demokrat Partiyası, Demokratik Sol Partiya, Xalqların Demokratik Partiyası, Kommunist Partiya, Millət Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Səadət Partiyası, Vətən Partiyası və Xalqın Qurtuluş Partiyası 85, Haqq və Azadlıqlar Partiyası 78, Doğru Yol Partiyası 67, Liberal Demokrat Partiya 61 seçki dairəsindən seçkiyə qatılacaq.
Şərhlər