PKK ilə PYD-nin ortaqlığı sübut edildi - VİDEO
29.09.2015 11:26 Dünyadan reaksiya 1963
Türkiyənin baş naziri Əhməd Davudoğlunun "PKK PYD-yə dəstək verdiyinə görə qarşıdurmalar başladı. Xüsusi xidmət orqanlarının araşdırmasına görə, biri qadın olmaqla üç yüksək vəzifəli PKK-lı PYD-in içində fəaliyyət göstərir” sözlərini deyib.
Reaksiya.az xəbər verir ki, Davudoğlunun "PYD insan faktorunu və silahlı gücünü Kandildən alır" açıqlamasından sonra “Milliyet” qəzeti yeni dəlillər əldə edib.
Xüsusi xidmət orqanları biri qadın olmaqla üç yüksək vəzifəli PKK-lının PYD içində fəaliyyət göstərdiyini aşkar edib. Qadın PKK-lı "Məryəm" və "Melsa" kod adlarını istifadə edən Fatma Dəmirin PYD-nin qadın qolları YPJ içində vəzifə aldığı müəyyənləşdirilib. Bundan başqa, "Həkim Şervan" kod adından istifadə edən Mehmet Şərif Aslanın PYD-nin Serekaniye üzrə təmsilçisi "Dilovam" kod adlı Bədirxan Abonun PYD-nin Rojava hərbi qanadın rəsmisi olduğu müəyyən edilib.
ABŞ-ın Suriyanın şimalındakı bölgəni İŞİD-in əlindən almaq üçün PKK-nın Suriya qolu kimi tanınan PYD-ya dəstək verəcəyi açıqlaması Türkiyədə narazılıqla qarşılanıb.
Baş nazir Davudoğlunun ABŞ-a etdiyi səfər zamanı təyyarədəki jurnalistlərə PKK-nın PYD-yə dəstək verdiyi haqda yeni faktlar açıqlayıb. Rojava bölgəsindəki PYD qüvvələri içində yer alan PKK-lılara yönəlik çalışmalar aparan xüsusi xidmət orqanlarının apardığı dəqiqləşdirmələrdən sonra Davudoğluna informasiyalar verilib.
“Milliyet” qəzetinin aldığı məlumata görə, xüsusi xidmət orqanlarının təsbitləri belədir:
“Məryəm” və “Melisa” kod adlarının istifadə edən Fatma Dəmir 1998-ci ildə PKK-ya qoşulub. PYD-nin qadın döyüşçüləri üzrə təmsilçidir. PKK-nın Suriya daxilində 2012-ci ildən etibarən Suruçun yaxınlığındakı Eyn Əl Ərəb bölgəsində PYD-nin qadın qolları olan YPJ içində fəaliyyət göstərir.
“Həkim Şervan” kod adından istifadə edən Məmməd Şərif Aslan "Şervan", "Həkim", "Şiyar", "Xəlil", "Fərhad" və "Cəlal" kod adlarını də istifadə edir. 2006-cı ildə Şimali İraqdakı Mahmur düşərgəsinə gedərək PKK-nın heyətinə qoşulub. 2008-ci ildən bu yana PKK adına Suriyada PYD içində silahlı fəaliyyət aparır. Hazırda PKK-nın HPG Baş Qərargah Komandanlığının Rojava üzrə təmsilçisi olaraq Serekaniye (Suriye-Ras-el Ayın) bölgəsində fəaliyyət göstərir.
"Dilovan" və "Masiro" kod adlarını istifadə edən Bədirxan Abo 1991-ci ildə PKK-ya qoşulub. Hakkari Yüksekovanın Dizə kəndində qeydiyyata alınıb, Beytüşşebabda doğulub. PKK-nın Suriya Üçlü Rəhbərliyində yer alır. PKK-nın Rojava Hərbi Qanadının əsas təmsilçisi kimi silahlı fəaliyyət apardığı müəyyənləşdirilib.
Şərhlər