Roma Papası ABŞ-da əkizi ilə qarşılaşdı

29.09.2015 12:44     Dünyadan reaksiya     1979

ABŞ-a ilk səfəri çərçivəsində Konqres və BMT Baş Məclisində çıxış edən Roma Papası Fransisk Filadelfiyadakı turu zamanı maraqlı hadisə ilə qarşılaşıb.

Reaksiya.az xəbər verir ki, eynilə özü kimi geyindirilmiş bir uşaq diqqətini çəkib.

Əli ilə körpəni işarə edən Papa qəhqəhə ilə gülməyə başlayıb və cangüdənlərindən Quinn adlı körpəni yanına gətirməklərini istəyib.

Uşağın anası oğlu ilə Papanın bir yerdə şəkillərini “Facebook” sosial şəbəkəsində paylaşaraq bu sözləri yazıb: "Quinnin Papa ilə tanış olduğuna inanmıram. İnanılmaz bir təcrübə idi. Səni sevirik, Papa Fransisk".

Şərhlər