Krıma görə Putinə təşəkkür edildi
29.09.2015 14:34 Dünyadan reaksiya 2012
Rusiya prezidenti Vladimir Putinə Krımın Rusiyaya birləşdirilməsinə görə təşəkkür edilib.
Reaksiya.az xəbər verir ki, ABŞ prezidenti Barak Obama ilə olan görüşdən sonra mətbuat konfransının keçiriləcəyi hissəyə doğru irəliləyərkən Putinə səsləniblər.
Ənənəvi rus geyimində olan qadın Putinə “Kırım üçün sizə təşəkkür edirəm” deyib, Putin isə cavabında qadına onu dəstəklədikləri üçün təşəkkür edib.
Qeyd edək ki, Krımın Ukrayna böhranı görə 2014-cü ilin martın 16-da keçirilən referendumla Rusiyaya birləşdirilməsi qərarı alınıb.
Şərhlər