"Terrorçuları yerlə-yeksan edirik" - Rəcəb Tayyib Ərdoğan
29.09.2015 17:04 Dünyadan reaksiya 1912
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 11-ci dəfə kənd nümayəndələri ilə görüşüb.
Reaksiya.az xəbər verir ki, görüş zamanı Ərdoğan terrorla mübarizəni sona qədər davam etdirməyə qərarlı olduqlarını bildirib.
O, baş verən hadisələrdən dərin təəssüf hissi keçirdiyini bildirib: “Terror bayram günlərində də can almağa davam edib. Heç bir müqəddəsləri olmayan, müsəlmanların müqəddəslərinə hörmət göstərməyən bu terrorçularla mübarizəni sona qədər davam etdirmək də qərarlıyıq. Təhlükəsizlik qüvvələrimiz əməliyyatlarına ara vermədən davam edir. Burada dayanmayacağıq. Eyforiyaya qapılmadan davam edəcəyik. Onların silah-sursat anbarları var və o anbarlarını da, onların özünü də yerlə-yeksan edirik.
Terrorçuların işçilərimizdən vergi adı altında təhdidlə xərac aldığı çoxumuza bəllidir. Biz buna imkan verə, göz yuma bilmərik.
Onlar bəlkə bir müddət belə dava edəcəklər, amma bilin ki, bu, son cəhdləridir. İnşallah, bunun da sonuna qədər gedərək millət adına hesab soruşacağıq. Şəhidlərimiz adına bunu edəcəyik.
Türkiyə ona tərəf uzanan hər dost əlini səmimiyyətlə qarşılayan bir ölkədir. Amma bu dövlətə silah yönəldənləri, ölkə daxilində paralel strukturlar yaratmağa çalışanları peşman edəcək gücə sahib olduğumuzu da hər kəs bilməlidir”.
Şərhlər