"Bütün dünya üçün yeni pul vahidi yaradılsın" - Nazarbayev
29.09.2015 17:22 Dünyadan reaksiya 2330
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev maraqlı təkliflə çıxış edib.
Reaksiya.az xəbər verir ki, prezident bütün dünyada keçərli olan pul vahidi yaradılmasını təklif edib.
O, BMT Baş Assambleyasının 70-ci Sessiyasındakı çıxışı zamanı bu variantın qlobal böhranla mübarizədə effektli olacağını bildirib.
Nazarbayev, həmçinin ehtiyat valyutalarının demokratiya, rəqabət və beynəlxalq nəzarət göstəricilərinə uyğun olmadığını da müdafiə edib.
Qeyd edək ki, Qazaxıstan rəhbərliyi daha əvvəl də Avrasiya İqtisadi Birliyinə (AEB) ortaq pul vahidilə bağlı təklif verib.
Avrasiya İqtisadi Birliyinə daxil olan ölkələr Rusiya, Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstandır.
Şərhlər