ABŞ Rusiya ilə Suriya məsələsində anlaşdı - VİDEO
29.09.2015 18:01 Dünyadan reaksiya 2206
"Rusiya ilə Suriya məsələsində əsas prinsiplərdə razılaşdıq, ancaq nəticəyə dair fikir ayrılıqlarımız davam edir".
Reaksiya.az xəbər verir ki, ABŞ Dövlət Katibi Con Kerri bu barədə MSNBC kanalına açıqlama verib.
O, sabah rusiyalı həmkarı Sergey Lavrovla görüşəcəyini də bildirib: "Birləşib Suriya böhranından çıxış yolu tapmağın vaxtıdır".
Rusiya xarici işlər naziri Sergey Lavrov “Russia Today”ə verdiyi açıqlamasında ABŞ və İŞİD əleyhinə koalisiyanın keçmişdə etdikləri səhvlərdən dərs çıxartmağın vacibliyini vurğulayıb.
O, həmçinin Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Barak Obamanın dünənki ikitərəfli görüşünü dəyərləndirib. “Mövqeyimizi daha əvvəl də bildirmişdik. Bölgədəki heç kəsdən asılılığımız yoxdur. Ancaq Suriya dövlətinin dağılmasına icazə verə bilmərik, çünki Suriyanın alternativi İŞİD-dir. Əgər elə olarsa, bugünkü Suriyanı unutmalıyıq”.
Lavrov Obama və Putinin də tam olaraq koalisiya qurmaq fikrinin olmadığını, lakin əməkdaşlıq edəcəyini qeyd edib: "İlk növbədə Suriya məsələsində hamının razılaşdığı nöqtə İŞİD-i məhv etmək, İŞİD-in özünü xilafət elan etməsinə yol verməməkdir".
Şərhlər