Saakaşvili Odessanı əyləncə mərkəzinə çevirmək istəyir

30.09.2015 03:38     Dünyadan reaksiya     1718

Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Odessanı ümumdünya əyləncə və kazino mərkəzinə çevirmək niyyətində olduğunu bildirib.

Reaksiya.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Saakaşvili bu sözləri “Novoye vremya” nəşrinə müsahibəsində bildirib.

“Odessa ümumdünya əyləncə və kazino biznesinin mərkəzinə çevrilməlidir. Şəhər və vilayət güclü turizm potensialına malikdir. Ukraynalılar, xüsusən də hökumət, turizmin əhəmiyyətini anlamırlar”, deyə Saakaşvili qeyd edib.  

Onun sözlərinə görə, Ukrayna hər il 30 mln, tək Odessa isə 10 mln əcnəbi turist qəbul edə bilər.  

Şərhlər

Çox oxunanlar