İsrail qırıcıları Qəzzanı bombaladı

30.09.2015 10:26     Dünyadan reaksiya     2039

İsrail döyüş təyyarələrinin Qəzzanın qərbində yerləşən Es-Sudaniyye bölgəsində Fələstin Daxili İşlər Nazirliyinin dəniz qüvvələrinə aid bir sahəyə hava hücumları təşkil etdiyi bildirilib.

Reaksiya.az xəbər verir ki, bu  barədə məlumatı hadisənin şahidləri verib.

Hücumlar nəticəsində ölən və ya yaralanan olmadığı, hücum olunan ərazilərdə dağıntıların yarandığı bildirilib. Hədəf alınan yerlərin ətrafındakı binalarda qəza baş verib.

İsrail döyüş təyyarələrinin Qəzza səmalarında uçuşunun davam etdiyi qeyd edilib.

İsrail ordusu isə Qəzza zolağından atılan raketin "dəmir günbəz" hava müdafiə sistemi ilə yerə düşürüldüyünü açıqlayıb.

Şərhlər