Kuba prezidenti ilk dəfə ABŞ-a getdi - VİDEO
30.09.2015 11:16 Dünyadan reaksiya 1900
Kuba prezidenti Raul Kastro və ABŞ prezidenti Barak Obama arasında Nyu-Yorkda xüsusi görüş keçirilib.
Reaksiya.az xəbər verir ki, bu, prezidentlərin ABŞ-da olan ilk görüşüdür.
Obama Kastrodan Kubada amerikalılar üçün daha çox iş imkanı yaradılmasını istəyib, Kastronun isə əsas istəyi sanksiyaların qaldırılması olub.
Ağ Evdən görüş sonrasında edilən açıqlamada Obama və Kastronun ABŞ-la Kuba arasındakı əlaqələrin irəliləməsinin tərəfdarı olduğu deyilir. Görüşdə hökumətlərin ikitərəfli əməkdaşlığının daha da dərinləşdirilməsinə yönələn addımlar müzakirə edilib.
Açıqlamada həmçinin, iki liderin Roma Papası Fransiskin ABŞ və Kubaya həyata keçirdiyi səfərlərinin də müzakirə olunduğu bildirilib.
Qeyd edəki ki, prezidentlər 2013-cü ildə Cənubi Afrikanın lideri Nelson Mandelanın dəfn mərasimində tanış olublar.
Obama 2014-cü ilin dekabrında ABŞ-la Kuba arasında münasibətlərin normallaşdırılması qərarından sonra Raul Kastro ilə ilk dəfə telefonla danışıb.
İki lider arasındakı ilk üz-üzə görüş isə apreldə Panamada keçirilən Amerika Sammitində olub.
Şərhlər