Girov götürülən 16 türk sərbəst buraxıldı
30.09.2015 12:35 Dünyadan reaksiya 1860
İraqın paytaxtı Bağdadda qaçırılan 16 türkün hamısı 25 gün sonra sərbəst buraxılıb.
Reaksiya.az xəbər verir ki, fəhlələri Türkiyənin Bağdaddakı səfiri Faruk Kaymakcı təslim alıb.
Bu barədə Türkiyənin baş baziri Əhməd Davudoğlu da “Twitter” sosial şəbəkəsində yazıb: "Bir müddət Bağdadda saxlanılan 16 işçimizi az əvvəl İraqdakı səfirimiz təslim alıb. Bəzi işçilərimizlə telefonda danışdım. Çox şükür ki, sağlamlıqlarında problem yoxdur. Ən qısa müddətdə vətənə gəlmələri üçün bütün hazırlıqlar aparılır".
Qeyd edək ki, işçilərdən 2-i sentyabrın 16-da sərbəst buraxılıb.
Şərhlər