Putin Suriyaya hərbçi göndərəcək - Dövlət Duması prezidentə "Hə" dedi

30.09.2015 14:30     Dünyadan reaksiya     1924

Xəbər verildiyi kimi, Rusiya prezidenti Vladimir Putin ölkə xaricinə əsgər göndərmək üçün Dövlət Dumasından icazə istəyib.

Reaksiya.az xəbər verir ki, Duma da yekdilliklə əsgərlərin Suriyaya göndərilməsinə razılıq verib.

ABŞ-ın Rusiyada olan səfirliyi rus parlamentində qəbul olunan qərarı qiymətləndirib.

Səfirlikdən verilən açıqlmada bildirilib ki, ABŞ prezidenti Barak Obama ilə Rusiya prezidenti Vladimir Putin regionda İŞİD-lə mübarizədə ortaq maraqlar ətrafında razılaşıb.

Kreml Administrasiyasının rəhbəri Sergey İvanov da Putinin Suriyadakı terrorçu qrupların tərəfində döyüşən Rusiya vətəndaşlarının çoxluğuna görə bu qərarı verdiyini söyləyib.

İvanov qeyd edib ki, Suriyada terrorçuların tərəfində vuruşan rus vətəndaşlarının sayı minlərlədir: "Əgər geri qayıtsalar, ölkəmizin milli təhlükəsizliyi şübhə altına düşəcək. Suriya hökumətindən tələb gəlsə, rus təyyarələri terrorçuları havadan vuracaq".

İvanov Suriyada İŞİD mövqelərini bombalayan ABŞ rəhbərliyindəki koalisiyanın əksinə, Rusiyanın Suriyaya Dəməşq tərəfindən dəvət edildiyini bildirib və beynəlxalq hüquqa uyğun hərəkət etdiklərini vurğulayıb.

Şərhlər

Çox oxunanlar