Diyarbəkir hərbi bazası ABŞ qırıcılarının ixtiyarına verildi

30.09.2015 17:17     Dünyadan reaksiya     1912

İyulda ABŞ-la əldə edilən razılaşma çərçivəsində ABŞ Hava Qüvvələri İncirlikdən sonra ABŞ qırıcıları Diyarbəkirə də təyyarə və personal yerləşdirməyə başlayıb.

Reaksiya.az xəbər verir ki, bu barədə məlumatı NATO Avropa Müttəfiq Qüvvələrinin Ali Komandanı Filip Breedlove verib.

O, İŞİD-ə qarşı yaradılan koalisiyanın İncirlik bazasındakı fəaliyyətlərini gələcək aylarda daha da artırmağı planlaşdırdığını bildirib.

Breedlove qeyd edib ki, Türkiyə İraq və Suriya arasında qeyri-sabitliklərlə üz-üzə qalıb: "Türkiyə bir tərəfdə Suriyada Əsəd rejiminin alovlandırdığı müharibə və dövlətin parçalanmaması üçün mübarizə aparmaq  məcburiyyətində qalıb, digər tərəfdən də İŞİD tərəfindən təhdid olunan İraqdakı qeyri-sabitliklə məşğul olur”.

O, Türkiyənin həmçinin daxilində PKK terror təşkilatı ilə mübarizə etdiyini də vurğulayıb: “Bu mübarizədə türklərin yanındayıq və hər bir ölkənin terrorizmə qarşı özünü müdafiə hüququ vardır”.

Associated Press bu haqda xəbər verib ki, Pentaqon səlahiyyətliləri İraq və Suriyada İŞİD-ə qarşı mübarizədə axtarış-xilasetmə fəaliyyəti təmin etmək üçün Diyarbəkirdəki bazaya bir təyyarə və təxminən 300 əsgər yerləşdirəcək.

Şərhlər