Rusiya hərbi təyyarələri İŞİD-in Suriyadakı mövqelərinə hava zərbələri endirib - VİDEO

01.10.2015 00:51     Dünyadan reaksiya     1851

Rusiyaya məxsus hərbi təyyarələr İŞİD terror qruplaşmasının Suriyadakı mövqelərinə hava zərbələri endirib.

Reaksiya.az-ın Rusiya mənbələrinə istinadən verdiyi məlumata görə, 20 uçuş nəticəsində 8 obyektə nöqtə zərbəsi endirilib.

Rusiya müdafiə nazirliyi faktı təsdiqləyib.

Qeyd edək ki, sentyabrın 30-da Rusiya Federasiya Şurası ölkə Silahlı Qüvvələrinin xaricdə istifadəsinə icazə verilməsi ilə bağlı prezidentin müraciətini yekdilliklə dəstəkləyib.

Şərhlər