BMT-də Kerri ilə Lavrov arasında görüş keçirilir
01.10.2015 00:54 Dünyadan reaksiya 1610
Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində ABŞ Dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilir.
Reaksiya.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu, son bir həftə ərzində ABŞ və Rusiya xarici idarə başçılarının sayca üçüncü görüşüdür.
Danışıqlar bağlı qapılar arxasında aparılır. Məlumata görə, görüşdə Rusiya Hərbi-Hava Qüvvələrinin Suriyada hərbi əməliyyatda iştirakı müzakirə edilir.
Şərhlər