BMT-nin qərargahında Fələstinin bayrağı ucaldılıb

01.10.2015 01:11     Dünyadan reaksiya     1531

Nyu-Yorkda BMT-nin qərargahında Fələstinin bayrağı ucaldılıb.

Reaksiya.az-ın verdiyi xəbərə görə, bayrağı Fələstin lideri Mahmud Abbas qaldırıb.

“Bu tarixi bir andır. Sentyabrın 30-u Fələstin bayrağı günü olacaq”, deyə M.Abbas bildirib.

BMT-nin baş katibi Pan Qi Mun deyib ki, bu gün bütün fələstinliləri üçün qürur günüdür.

Qeyd edək ki, BMT Baş Assambleyası quruma üzv olmayan, lakin müşahidəçi statusuna malik olan dövlətlərin bayraqlarının qaldırılmasına dair qətnamə qəbul edib. 

Şərhlər