“Türkiyədə 66 min suriyalı körpə doğulub” - Davudoğlu
01.10.2015 06:19 Dünyadan reaksiya 1582
“Suriya probleminin həlli üçün ölkədə leqitim hökumətin qurulması gərəkdir. Bunun üçün sülhü və sabitliyi bərpa etmək, ölkədə təhlükəsizlik zonası yaratmaq lazımdır”.
Reaksiya.az-ın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu Nyu-Yorkda, BMT-nin Baş Assambleyasındakı çıxışında bəyan edib.
Onun sözlərinə görə, dünya ictimaiyyətin fəaliyyətsizliyi əvvəl Bosniya və Ruanda, indi isə Suriyada faciəyə gətirib çıxarıb: “Biz Suriyadan 2 milyondan çox, İraqdan isə 200 min qaçqın qəbul etmişik. Heç bir ölkədə bu qədər qaçqın sığınacaq tapmayıb. Bu bizə 8 milyard ABŞ dollarına başa gəlib, beynəlxalq qurumlar isə indiyədək cəmi 417 milyon dollar ayırıb”.
Ə.Davudoğlu qeyd edib ki, münaqişə müddətində Türkiyədə 66 min suriyalı körpə doğulub. Suriyadan olan 230 min uşaq türk məktəblərinə gedir, daha 360 mini isə onlara qoşulacaq.
Şərhlər