ABŞ-da 70 il sonra ilk dəfə qadın edam olundu
01.10.2015 10:19 Dünyadan reaksiya 1870
ABŞ-ın Georgia ştatında 70 il sonra ilk dəfə qadın edam edilib.
Reaksiya.az xəbər verir ki, 47 yaşlı Kelly Renee Gissendanerə zəhərli iynə vurularaq öldürülüb.
Qadının edam olunmasına səbəb onun 1996-cı ildə boşanma zamanı yaşadıqları mübahisədə həyat yoldaşı Doug Gissendaneri öldürməsidir.
K. R. Gissendanera 1997-ci ildə edama məhkum edilib.
Papa Fransisk ABŞ-a səfəri zamanı səfəri zamanı ölüm hökmlərinin qlobal səviyyədə qaldırılmasına çağırış edib və məhkəmə heyətindən Gissendanderın həyatını bağışlanmasını istəyib.
Qadının vəkillərinin də son anda Georgia ştatının ali məhkəməsinə və federal məhkəməsinə etdikləri müraciətlər nəticəsiz qalıb.
Şərhlər