Çində partlayış - 7 ölü, 51 yaralı

01.10.2015 09:56     Dünyadan reaksiya     1979

Çinin cənubundakı Guangşi Cuang Özerk bölgəsində 15 fərqli nöqtədə partlayış olub.

Reaksiya.az xəbər verir ki, partlayışlar nəticəsində 7 nəfərin öldüyü, 51 nəfər yaralandığı bildirilib.

Bölgədə meydana gələn partlamalarda xəstəxana, avtobus dayanacağı, həbsxana və fəhlə pansionatlarının da aralarında olduğu bir çox inzibati binanın hədəf alındığı irəli sürülüb.

Təhlükəsizlik qüvvələri istintaqın başlandığını, 33 yaşlı Vey soyadlı şəxsin hadisədə şübhəli olaraq saxlandığını bildirib.

Şərhlər