Kunduz şəhəri Talibandan azad edildi
01.10.2015 11:16 Dünyadan reaksiya 1921
Əfqanıstanın təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində Kunduz şəhəri Talibanın əlindən alınıb.
Reaksiya.az xəbər verir ki, bu barədə məlumatı Kunduz şəhərinin polis rəisi, general Məhəmməd Qasım Cengelbağ verib.
Polis İdarəsinin sözçüsü Səid Sərvər Hüseyni deyib ki, hava əməliyyatlarına ABŞ-ın dəstək verib: "Kunduzun digər bölgələrinin də tamamilə təşkilatdan təmizlənəcəyinə qədər əməliyyatlar davam edəcək".
Taliban sözçüsü Zabihullah Mücahid isə sözügedən açıqlamaları rədd edərək Kunduz şəhərinin Kale-i Zal rayonunun nəzarətini əllərinə keçirdiklərini iddia edib.
Qeyd edək ki, yüzlərlə Taliban xadimi üç gün əvvəl Kunduz şəhərinin mərkəzinə 3 tərəfdən hücum edib və şiddətli qarşıdurmalardan sonra şəhərin nəzarətini ələ keçirib.
Şərhlər