Hücuma məruz qalan jurnalist evə buraxıldı

01.10.2015 11:50     Dünyadan reaksiya     1913

Xəbər verdiyimiz kimi, “Hürriyet” qəzetinin jurnalisti Əhməd Hakan evinin qarşısında naməlum şəxslər tərəfindən hücuma məruz qalıb.

Reaksiya.az xəbər verir ki, jurnalist müalicə gördüyü xəstəxanadan evə buraxılıb.

Ə. Hakana hücum edən 4 nəfər də yaxalanaraq İstanbul Polis İdarəsi Asayiş Şöbəsinin İdarəsinə aparılıb.

Xəstəxanın qarşısında “Hürriyet” qəzetinin baş redaktoru Sedat Ergin jurnalistlərə açıqlama verib: “Hürriyyət” qəzetinə sentyabrın 6-da birinci dəfə hücum edildi. Sentyabrın 8-də ikinci hücum baş verdi. Və indi də Əhməd Hakan. Bizə gələn məlumata görə hücum edənlər jurnalisti kanaldan çıxandan evinə qədər təqib edib. Bunun mütəşəkkil planlı hücum olduğunu görürük. Əhməd Hakan belə bir təhdidin olduğunu, hücumun ediləcəyini görürdü. Bunun qarşısının alınması üçün müraciət etdi, ancaq cavab gəlmədi, heç bir tədbir görülmədi. 2015-ci ildə təəssüf ki, Türkiyədə jurnalistlər olaraq can təhlükəsizliyindən narahatlıq keçiririk”.

Xəstəxana qarşısında Əhməd Hakanın həmkarı, “Hürriyət” qəzetinin yazarı Ərtoğrul Özkök bu hucuma adi yanaşılmamasını istəyib: “İllərdir bu peşənin sahibiyik, belə hadisələr bizi qorxudub yolumuzdan döndərə bilməz. “Hürriyət”ə edilən hücumda çox böyük dəstək gördük, amma həmrəylik daha geniş miqyaslı olsaydı, indi bu hücum reallaşmazdı. Ümid edirəm ki, bu son olacaq”.

Jurnalistin vəkili Aslı Kazan daxili işlər naziri ilə görüşdüyünü, sonradan İstanbul İcra Hakimiyyətinə yazılı müraciət edərək qoruma tədbirlərinin görülməsini istədikləri bildirib.

O, Mühafizə Şöbəsindən "Bayram var qarşımızda, ərizənizə dair qərar veriləcək" cavabı gəldiyini qeyd edib.

Şərhlər

Çox oxunanlar