UEFA prezidenti həm müttəhim, həm də şahid oldu
01.10.2015 12:18 Dünyadan reaksiya 1920
UEFA prezidenti Mişel Platininin həm müttəhim, həm də şahid olaraq ifadəsi alınıb.
Reaksiya.az xəbər verir ki, bu barədə məlumat FİFA-dakı korrupsiya araşdırmalarını aparan İsveçrə baş brokuroru Maykl Lauber verib.
O, daha əvvəl Platinin günahkar qismində deyil, məlumat almaq üçün rəsmilərlə görüşdüyünü açıqlamışdı.
Qeyd edək ki, Platini FİFA-nın prezidenti Yozef Blatterden 2011-ci ildə aldığı 1,8 milyon avro ödəmək səbəbilə istintaqa daxil edilib.
İsveçrə məhkəməsi Platiniyə 1999 və 2002-ci illər arasındakı xidmətinin qarşılığı olaraq 2011-ci ildə verdiyi 1,8 milyon avronun FİFA-ya zərər vurduğu qənaətindədir.
FİFA Rəyasət Heyətinə 2002-ci ildə daxil olan Platini sonrakı illərdə Blatterin yenidən seçilməsində mühüm rol oynayıb.
Blatter haqqında sentyabrın 25-də pis idarəçilik və maliyyə yeyintisi səbəbilə İsveçrə Prokurorluğu tərəfindən cinayət işi açılıb.
Şərhlər