Türkiyə daha 2 şəhid verdi

01.10.2015 12:22     Dünyadan reaksiya     1853

Türkiyənin Diyarbəkir şəhərinin Silvan rayonunda hərbi hissəyə getmək üçün evlərindən çıxan iki hərbçiyə terrorçular silahlı hücum təşkil edib.

Reaksiya.az xəbər verir ki, hücum nəticəsində 26 yaşlı Tolga Topçuoğlu və 31 yaşlı Sinan Uçan şəhid olub.

Hadisə yerinə çox sayda polis əməkdaşı cəlb olunub. Terrorçuların yaxalanması üçün əməliyyata başlanılıb.

Şəhidlərin cənazələri Silvan dövlət xəstəxanasına aparılıb.

Şərhlər