Lavrov ABŞ-ın iddialarını yalanladı

01.10.2015 14:24     Dünyadan reaksiya     1851

Rusiya xarici işlər naziri Sergey Lavrov rus təyyarələrinin İŞİD-ə aid olmayan hədəfləri vurduğuna dair iddiaları təkzib edib.

Reaksiya.az xəbər verir ki, nazir ABŞ-dan iddialarla bağlı sübut təqdim etməsini istəyib.

Lavrov ABŞ dövlət katibi Con Kerri ilə görüşündən sonra jurnalistlərə açıqlama verib: “Amerikalı tərəfdaşlarımızın Rusiyanın müxtəlif nöqtələri hədəf aldığına dair narahatlıqları var. Bu tərəddüdlərini bizə dedilər və əllərində dəlil olduğunu bildirdilər. Biz də həmin sübutları təqdim etməklərini tələb etdik. Vurulan hədəflərin məsuliyyəti bizə aid deyil. Rusiya Müdafiə Nazirliyinin rəsmi saytı aparılan əməliyyatlarla bağlı dəqiq informasiya verib”.

Qərb mətbuatında çıxan xəbərlərdə Rusiyanın vurduğu mövqelərdə vətəndaşların yaralandığı da iddia edilib.

Nazir bu iddialara da cavab verib: "Bu məsələ ilə bağlı məlumat yoxdur. Yalnız terrorçulara aid mövqelərin yox edilməsi məqsədi ilə müəyyən olunan hədəflər vurulub”.

Şərhlər

Çox oxunanlar