ABŞ qırıcıları Diyarbəkirə endi

01.10.2015 14:40     Dünyadan reaksiya     1853

Xəbər verdiyimiz kimi, ABŞ Hava Qüvvələri İncirlikdən sonra Diyarbəkirə də təyyarə və personal yerləşdirməyə başlayıb.

Reaksiya.az xəbər verir ki, artıq ABŞ Avropa Ordusuna aid 2 təyyarə Diyarbəkir 8-ci əsas təyyarə bazasına enib.

ABŞ-a məxsus iki təyyarə ilə birlikdə Diyarbəkirə 70 əsgərin də gəldiyi bildirilib.

Rəsmilər Diyarbəkirə gələn təyyarələrin İŞİD terror təşkilatına qarşı əməliyyatlarda istifadə olunacağını qeyd edib.

Şərhlər