Səudiyyə Ərəbistanı Rusiyadan tələb etdi - "Suriyanı bombalamayın!"

01.10.2015 15:22     Dünyadan reaksiya     2096

Səudiyyə Ərəbistanının BMT-dəki daimi nümayəndəsi Abdullah el-Muallimi Rusiyanın Suriyada həyata keçirdiyi hava əməliyyatlarını dayandırmasını istəyib.

Reaksiya.az xəbər verir ki, bu barədə məlumatı Əl Arabiyan yayıb.

O, BMT Baş Assambleyasındakı çıxışı zamanı Rusiyanın Suriyadakı fəaliyyətlərindən bəhs edərək Ər-Riyad rəhbərliyinin hava əməliyyatlarından narahat olduğunu ifadə edib.

Abdullah el-Muallimi, həmçinin Rusiyanın İŞİD-ə aid olmayan mövqeləri vurduğuna dair əllərində məlumatın olduğunu irəli sürüb.

Şərhlər