"Bu suallara cavab verməyəcəyəm" - Dmitri Peskov

01.10.2015 16:03     Dünyadan reaksiya     1933

“Qərb mətbuatında Rusiyanın Suriyada təşkil etdiyi hava əməliyyatları haqqında çox sayda yalan və təhrif edilmiş xəbərlər yer alıb, həmin xəbərlərə etibar edilməməlidir”.

Reaksiya.az xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

Peskov vurulan hədəflərin Suriya ordusu ilə koordinasiya içində müəyyənləşdirildiyini də vurğulayıb.

Kremlin sözcüsü Əl Arabiyan tərəfində gündəmə gələn Səudiyyə Ərəbistanının BMT daimi nümayəndəsi Abdullah el-Mualliminin Rusiyadan əməliyyatları dayandırmasını istədiyi iddiaları ilə bağlı suallara da cavab verib: "Tənbəllik etmədən Müəlliminin açıqlamalarını internetdən araşdırdım, ancaq indiyə qədər  rəsmi mənbələrin bu istiqamətdə hansısa bir tələbini və ya Müəlliminin sözlərini tapmadım. Ona görə bu suallara cavab verməyəcəyəm".

O, Rusiyanın dünən etibarilə başladığı hava əməliyyatlarını qiymətləndirmək üçün hələ tez olduğunu qeyd edib: "Hansı hədəflərin vurulacağına dair siyahı var, dünən Rusiya Müdafiə Nazirliyinin də açıqladığı kimi həmin hədəflər Suriya ordusu ilə koordinasiya içində müəyyən olunur".

Peskov həmçinin, rus təyyarələrinin keçirdiyi əməliyyatların maliyyələşdirmənin Rusiya tərəfindən təmin olunduğunu bildirib.

Şərhlər

Çox oxunanlar