Sərnişin avtobusu dayanacağa girdi - 11 ölü, 8 yaralı - VİDEO

01.10.2015 16:24     Dünyadan reaksiya     2148

Türkiyənin paytaxtı Ankara şəhərində bələdiyyə avtobusu dayanacaqda gözləyənləri vurub.

Reaksiya.az xəbər verir ki, toqquşma nəticəsində 11 nəfər həyatını itirib, 8 nəfər yaralanıb.

Hadisəyə səbəb avtobusun əyləcinin işləməməsi olub.

Hadisə baş verəndən sonra avtobus sürüklənərək dayanacaqdan 50 metr aralıda dayanıb.

Qəzada avtobusun altında qalan yaralıların xilas edilməsi üçün yanğınsöndürənlər və təcili tibbi yardım maşınları gəlib.

Hadisə yerinə toplaşanlarla polis arasında gərginilik yaranıb, polis toplaşan izdihamı bibər qazından istifadə edərək dağıdıb. 

Şərhlər