Rus qırıcıları Suriyaya Azərbaycan üzərindən uçub - "Kommersant”

01.10.2015 17:31     Dünyadan reaksiya     2179

Rusiyanın Suriyada keçirdiyi hava əməliyyatlarında istifadə edilən rus təyyarələri Lazkiye şəhərinə Azərbaycan üzərindən uçub.

Reaksiya.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın "Kommersant” qəzeti yazıb.

Qəzetə məlumat verən mənbə hava əməliyyatları üçün Lazkiye şəhəri yaxınlığındakı Hmeimim hava bazasına bir sıra təyyarə və vertolyot sövq edildiyini söyləyib.

Mənbə, həmçinin Hmeimim hava bazasında “Su-24M”, “Su-34”, “Su-25CM”, “Su-30SM” qırıcı təyyarələrindən və “Mi-24” ilə “Mi-8” vertolyotlarından ibarət bir hava donanmasının saxlanıldığını bildirib.

Qəzet “Su-34” təyyarələrinin Suriyaya Azərbaycanın hava məkanı istifadə edilmədən Xəzər Dənizi, İran və İraq üzərindən çatdırıldığını qeyd edib.

Şərhlər