Putindən açıqlama - "Suriya vətəndaşlarını öldürmədik"
01.10.2015 17:51 Dünyadan reaksiya 1968
Rusiya prezidenti Vladimir Putin rus təyyarələrinin Suriya vətəndaşlarını hədəf aldığı iddialarını təkzib edib.
Reaksiya.az xəbər verir ki, o, bu iddiaların hava əməliyyatları başlamazdan əvvəl ortaya atıldığına diqqət çəkib.
Putin, həmçinin Suriyadakı əməliyyatları razılıq yolu ilə etdiklərini vurğulayıb: “Digər ölkələr bir ildən çoxdur ki, Suriyada BMT Təhlükəsizlik Şurasının qərarı və Suriya rəhbərliyinin razılığı olmadan əməliyyat aparılır. Biz isə Dəməşqdən razılıq aldıq və yalnız terrorçu qruplarla mübarizə etmək niyyətindəyik”.
Prezident, həmçinin bəzi qərb media orqanlarının Rusiyaya informasiya hücumu təşkil etdiklərini bildirib.
Qeyd edək ki, yayılan informasiyaların yalan olduğu haqda daha əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov və Kremlin sözcüsü Dmitri Peskov da açıqlama vermişdi.
Şərhlər