Bəhreyn və İran arasında diplomatik gərginlik - Səfir geri çağırıldı
02.10.2015 07:25 Dünyadan reaksiya 1538
Bəhreynin Xarici İşlər Naziri Tehrandakı səfirini geri çağırıb, İranın Manamadakı müvəqqəti işlər vəkilini "arzuolunmaz şəxs" elan edib. Bu barədə musavat.com məlumat verir. Məlumatda deyilir ki, iranlı diplomata ölkəni tərk etməsi üçün 72 saat vaxt verilub. Bəhreyn XİN İranı onun daxili işlərinə qarışmaqda da ittiham edib.
Qeyd edək ki, Bəhreyn polisi əldəqayırma partlayıcı qurğuların hazırlandığı sex və 1,5 ton partlayıcı maddənin saxlandığı anbar aşkar edib. Bununla əlaqədar bir neçə nəfər saxlanılıb. Polisdən bildirilib ki, saxlanılanlar İranın İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəlidirlər.
Hazırda həmin şəxslərin Bəhreyndəki terror aktında iştirakının olub-olmadığı araşdırılır.
Şərhlər