PKK-dan növbəti hücum - 1 şəhid

02.10.2015 07:40     Dünyadan reaksiya     1549

Türkiyənin Mardin ərazisində PKK ilə təhlükəsizlik qüvvələri arasında qarşıdurma baş verib.

Reaksiya.az CNN-ə istinadən xəbər verir ki, Türkiyə hərbçiləri Nusaybin və Midyat mahalları arasındakı çöl sahəsində PKK üzvlərinin hücumuna məruz qalıb.

Qarşıdurma zamanı iki türk əsgəri yaralanıb. Onlar helikopterlə Mardin Dövlət Xəstəxanasına aparılıb. Əsgərlərdən biri müdaxiləyə baxmayaraq dünyasını dəyişib.

Digər əsgərin müalicəsi davam edir.

Bölgədə qarşıdurmaların davam etdiyi bildirilib.

Şərhlər