Məktəb təcavüzünə Obamadan reaksiya - "Etinasız olmuşuq" - VİDEO

02.10.2015 10:26     Dünyadan reaksiya     1958

ABŞ-ın Oreqon ştatındakı bir ali məktəbə edilən silahlı hücum təşkil edənin kimliyi açıqlanıb.

Reaksiya.az xəbər verir ki, 15 nəfərin ölümünə, 20 nəfərin də yaralanmasına yol açan hadisəni Prezident Obama "Bu hücumlar nədənsə adi hala gəlib" deyərək fərdi silahlanma məsələsində islahata getməyin lazım olduğunu müdafiə edib.

Roseburg şəhərində təxminən 3 min tələbənin təhsil aldığı Umpqua ali məktəbində təşkil olunan silahlı təcavüzü həyata keçirən təcavüzkarın 26 yaşında Kris Harper Mercer olduğu və məktəbə 4 silahla gəldiyi qeyd edilib.

Mercerin məktəbin tələbəsi olmadığı üzə çıxıb. O, hücum zamanı tələbələri ayağa qaldıraraq hansı dindən olduqlarını soruşub.

Hadisədə ölənlərin sayına dair isə ziddiyyətli açıqlamalar gəlir. ABŞ mediasında yer alan xəbərlərdə ölü sayının 15 olduğu yer alıb. Daha sonra baş prokuror tərəfindən 13 olaraq açıqlanan ölü sayının Duqlasın şərifi Con Hanlin 10 olduğunu deyib. Şərifin ofisindən bildiriblər ki, hadisədə 10 nəfər ölüb, 3-ü ağır olmaqla 7 nəfər isə yaralanıb.

Prezident Barak Obama çıxışında "Bu məsələ qarşısında etinasız olmuşuq" deyib. O, prezidentlik dövrü qurtarana qədər belə bir hadisənin təkrarlanmayacağını istəmədyini qeyd edib.   

Şərhlər

Çox oxunanlar