Təyyarənin vurulmasını Taliban öz üzərinə götürdü

02.10.2015 10:45     Dünyadan reaksiya     1895

Əfqanıstanın Celalabad şəhərində ABŞ-a məxsus hərbi təyyarə vurularaq endirilib.

Reaksiya.az xəbər verir ki, 14 nəfərin öldüyü bildirilən hadisəni Taliban hərəkatı üzərinə götürüb.

Bu barədə məlumatı Taliban təmsilçisi Zebihullah Mucahid  “Twitter” sosial şəbəkəsində yazıb.

NATO rəsmiləri isə hərbi təyyarənin necə və kimlər tərəfindən  vurulduğunun aydın olmadığını bildirib.

Qeyd edək ki, Əfqanıstan təhlükəsizlik qüvvələri Kunduz şəhərini ABŞ-ın dəstəyilə Talibandan azad edib.

Əks halda Əfqanıstan Taliban qarşısında son 14 ilin ən böyük məğlubiyyətini yaşayacaqdı.

Şərhlər

Çox oxunanlar