İngiltərə də "Volkswagen"in satışını dayandırdı
02.10.2015 11:13 Dünyadan reaksiya 2016
Almaniyanın "Volkswagen" markalı avtomobilləri ilə bağlı qalamaqal böyüməyə davam edir.
Reaksiya.az xəbər verir ki, İngiltərə 4 min ədəd dizel mühərrikli "Volkswagen" avtomobilini bazardan çəkmək qərarı verdiyini açıqlayıb.
İngiltərə şirkət rəsmiləri sözügedən qərarın müvəqqəti tədbir olduğunu və 4 min avtomobildə lazımi düzəlişlər tamamlandıqdan sonra təkrar satışa çıxarılacağını bildirib.
"Volkswagen" şirkəti də təmiz mühərrikli avtomobillərin satışına davam ediləcəyini qeyd edib.
Qeyd edək ki, "Volkswagen" şirkəti ilə bağlı qalmaqalların yaranmasına səbəb avtomobillərdə aşkarlanan emissiya qazının ətraf mühit standartlarına uyğun olmamasıdır.
Şərhlər