"Rusiya yalnız İŞİD-i hədəf almalıdır" - Con Kerri
02.10.2015 11:44 Dünyadan reaksiya 1875
Türkiyə xarici işlər naziri Firudin Sinirlioğlu ABŞ-lı həmkarı Con Kerri ilə görüşüb.
Reaksiya.az xəbər verir ki, bu barədə məlumat diplomatik mənbələrdən verilib.
Görüş çərçivəsində Rusiyanın son müdaxiləsi də daxil olmaqla Suriyadakı proseslər dəyərləndirilib.
Nazirlər, həmçinin Kipr danışıqlarındakı son vəziyyətlə bağlı fikir mübadiləsi də aparılıb.
Con Kerri görüşün əvvəlində jurnalistlərin ABŞ-ın Rusiyanın Suriyada təşkil etdiyi əməliyyatlarla bağlı sualına “Biz Rusiyanın Suriyada yalnız İŞİD-i hədəf almasını istəyirik. Bunu açıq şəkildə özlərinə bildirmişik”-deyə cavab verib.
Şərhlər