OPEC prezidenti zaminə buraxılıb - YENİLƏNİB-1
03.10.2015 07:06 Dünyadan reaksiya 1710
Böyük Britaniya Milli Cinayətkarlıqla Mübarizə Agentliyi OPEC prezidenti Diezani Allison-Madueke saxlanılması barədə məlumat verib.
Londonda korrupsiya ittihamı ilə saxlanılan OPEC prezidenti, Nigeriyanın keçmiş Neft naziri Diezani Allison-Madueke zaminə buraxılıb.
Reaksiya.az-ın verdiyi xəbərə görə, Allison-Maduekenun pasportu əlindən alınıb. Beləliklə, OPEC prezidenti Böyük Britaniyanı tərk edə bilməyəcək.
03:46
Reaksiya.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Agentlik Diezani Allison-Madueke barədə yayılan məlumatları nə təsdiq, nə də ki, təkzib edib.
Bundan əvvəl, rüşvətxorluq və korrupsiya ittihamı ilə saxlanılan OPEC prezidenti ilə yanaşı daha dörd nəfərin saxlanıldığı barədə məlumat yayılmışdı.
“Təəssüf ki, biz saxlanılan şəxslərin adlarını açıqlaya bilmərik. Bu səbəbdən biz yayılan məlumatı nə təsdiq, nə də ki təkzib edə bilərik”, deyə Agentliyin rəsmisi bildirib
Britaniya KİV-ləri OPEC prezidentini Nigeriyaya ekstradisiya olunmasını istisna etmirlər. Ölkənin hazırkı prezidenti Məhəmməd Buhari ölkənin neft sənayesində korrupsiyanın kökünü kəsmək niyyətində olduğunu bəyan etmişdi.
Qeyd edək ki, OPEC prezidenti vəzifəsinə seçilməmişdən əvvəl D. Allison-Madueke keçmiş prezident Qudlak Conatanın administrasiyasında Nigeriyanın neft resursları naziri vəzifəsində çalışıb. 2014-cü il in noyabrından 2015-ci ilin may ayınadək eyni zamanda nazir və OPEC prezidenti postunu tutub. M.Buhari hakimiyyətə gələndən sonra isə D. Allison-Madueke nazir vəzifəsindən istefa verib.
02:11
Nigeriyan keçmiş Neft naziri, hazırda OPEC prezidenti vəzifəsini tutan Diezani Allison-Madueke Londonda saxlanılıb.
APA-nın xəbərinə görə, bu barədə Reuters agentliyinə Nigeriya prezidentinə yaxın mənbələr məlumat verib.
OPEC prezidentinin nədə ittiham olunduğu hələlik məlum deyil. Nigeriya mətbuatı Allison-Maduekenin rüşvətxorluq və korrupsiya ittihamı ilə saxlanıldığını bildirib. Bununla belə Britaniya polisi faktı təsdiq etməyib.
Şərhlər