“Donbasda ağır silahların geri çəkilməsi məsələsi razılaşdırılıb” - Merkel
03.10.2015 02:29 Dünyadan reaksiya 1566
“Normand dördlüyü”nün Parisdəki görüşündə Ukraynanın şərqində ağır silahların geri çəkilməsi məsələsi razılaşdırılıb.
Reaksiya.az-ın verdiyi məlumata görə, bunu Almaniya kansleri Anqela Merkel görüşün yekunlarına həsr edilən mətbuat konfransında bəyan edib.
“Biz ağır silahların geri çəkilməsi məsələsində razılığa gəldik. İrəliləyişə ümid edirik. Düşünürəm ki, getdikcə mövqelərimiz bir-birilərinə yaxınlaşır”, deyə A.Merkel bildirib.
Xatırladaq ki, Parisdə “normand dördlüyü” liderlərinin görüşü başa çatıb. Danışıqlar 5 saata yaxın davam edib. Əvvəl Fransa prezidenti Fransua Olland, Almaniya kansleri Anqela Merkel, Rusiya prezidenti Vladimir Putin və Ukraynanın dövlət başçısı Pyotr Poroşenko arasında “bağlı qapılar” arxasında görüş keçirilib. Sonra danışıqlara nümayəndə heyətlərinin digər üzvləri qoşulub.
Şərhlər