Obama: “Bəşər Əsədin rejimi süqut edəcək”
03.10.2015 04:24 Dünyadan reaksiya 1429
Son nəticədə Suriyada Bəşər Əsədin rejimi süqut edəcək.
Reaksiya.az-ın verdiyi məlumata görə, bunu Ağ Evdə keçirilən mətbuat konfransında ABŞ prezidenti Barak Obama bəyan edib.
Onun sözlərinə görə, Suriya hökuməti yalnız Rusiya və İranın dəstəyi sayəsində iflasa uğramır. Bununla belə, ABŞ prezidenti Suriyada münaqişənin nizamlanması üçün rəsmi Moskva və Tehranla işləməyə hazır olduğunu bildirib.
B.Obama həmçinin vurğulayıb ki, ABŞ Suriya müxalifətinə dəstək verməyə davam edəcək.
Şərhlər