Bu ölkənin səfiri deportasiya edildi
03.10.2015 09:50 Dünyadan reaksiya 1915
Yəmənlə İran arasında diplomatik gərginlik yaranıb
Yəmən İranın Sanadakı səfiri Seyid Həsən Namı deportasiya edib.
Reaksiya.az xəbər verir ki, Yəmən Tehrandakı Müvəqqəti İşlər Vəkili Abdullah es-Sirrini geri çağırıb vəTehrandakı diplomatik nümayəndəliyini bağlamaq qərarına gəlib.
Husilərin nəzarətində olan SABA xəbər agentliyinin yaydığı xəbərə görə, İran Yəmənin suverenliyini pozub və bu ölkəyə qarşı təcavüzkar fəaliyyət göstərib.
Yəmən isə buna etiraz olaraq İranın Sanadakı səfiri Namı deportasiya edib.
Xəbərdə deyilir ki, Yəmən prezidenti Abdurabbu Mansur Hadi 29 sentyabrda Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Məclisində etdiyi çıxışında deyib ki, İran Yəmənə qarşı düşmənçilik mövqe sərgiləyir.
Şərhlər