Qaçqın axını Almaniyaya qatar səfərlərini dayandırdı

03.10.2015 10:15     Dünyadan reaksiya     1876

Avstriya Dövlət Dəmir Yolları Zalsburqdan Almaniyaya gedən qatar reyslərinin 12 oktyabra qədər dayandırıldığını bildirib.

Reaksiya.az xəbər verir ki, bu addımı Dəmir Yolları Almaniyada artan qaçqın problemi səbəbiylə atdığını açıqlayıb.

Almaniya sentyabrın 15-də də qaçqın axınının qarşısını almaq üçün Zalsburqdan gələn qatar reyslərini müvəqqəti təxirə salmışdı.

Macarıstan, Xorvatiya və Sloveniyadan Avstriyaya keçən qaçqınlar Zalsburqdan qatarlarla Almaniyaya çatmaq istəyir.

Rəsmilər son bir ay içərisində təxminən 170 min qaçqının Avstriyaya giriş etdiyini və buradan qatarlarla Almaniyaya getdiyini bildirir.

Şərhlər

Çox oxunanlar