Fətullah Gülən həbs olundu - ŞOK!!!

03.10.2015 13:30     Dünyadan reaksiya     3199

Aralarında Fetullah Gülənin də olduğu 33 şübhəli haqqında hazırlanan ittihamnamə qəbul edilib.

Reaksiya.az xəbər verir ki, ittihanamədə Fətullah Gülənin qiyabi həbsinə qərar verilib.

İstanbul Respublika Baş Prokurorluğu Terror və Mütəşəkkil Cinayətlər Bürosu tərəfinfən hazırlanan ittihamnamə İstanbul 14-cü Ağır Cəza Məhkəməsi tərəfindən qiymətləndirilib.

İttiham aktının qəbuluna qərar verən məhkəmə heyəti hazırladığı qərarda keçmiş polis rəisi Tufan Ergüder, Selçuk Ocaktan, Kazım Aksoy, Yasin Koyuncu ve Ufuk Yıldırımın sərbəst buraxılmasına qərar verilib. Bu müttəhimlərin xaricə çıxışı isə qadağan olunub. Samanyolu Yayım Qrupu sədri Hidayət Qaraca, keçmiş polis rəisləri Əli Fuad Yılmazer, Yurd Atayün, Erol Demirhan və Ömər Köse ilə Əkrəm Polad, Ertan Erçıktı, Hüseyn Nohut və Mustafa Kılıçarslan haqqındakı cinayət şübhələrinin qüvvətli olması səsəbilə həbsdə qalmaqlarına qərar verilib.

Fətullah Gülən haqqında İnterpol vasitəsilə Qırmızı Bülleten çıxarılması qərara alınıb.

Məhkəmə heyəti ilk məhkəmə iclasının 22, 23 və 24 Dekabr 2015-ci il tarixlərində aparılmasını müəyyənləşdirib.

Paralel "Dövlət Quruculuğunun" 2009-cu ildə keçirilən tələ qurduğu və firıldaqçılıq iddiasıyla ilə hazırlanan Tahşiye istintaqında haqsızlığa məruz qalan 64 şikayətçinin yer aldığı ittianamədə bir nömrəli şübhəli Fetullah Gülənin "silahlı təşkilat qurmaq və idarə etmək", "rəsmi sənədləri saxtalaşdırma" və "böhtan" cinayətlərindən  19 ildən 34 ilə qədər, Samanyolu Yayım Qrupu sədri Hidayət Qaracanın, keçmiş polis rəisləri Tufan Ergüder, Əli Fuad Yılmazer, Yurd Atayün, Ömər Köse və Multu Ekizoğlunun da aralarında olduğu 15-i məhbus və digər 32 şübhəlinin isə, "silahlı təşkilata üzv olmaq", "rəsmi sənəddə saxtalaşdırma" və "böhtan" cinayətlərindən 11 il 6 aydan 26 il 6 aya qədər həbs cəzasına məhkum edilməsi tələb edilir.

Şərhlər

Çox oxunanlar